Təhsil 365 - Logo Mobile

Günəşdə iki güclü partlayış qeydə alınıb

10226.04.2026 - 16:05
Günəşdə iki güclü partlayış qeydə alınıb

Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.

“Tehsil365“ xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayış isə 17:30-da (Bakı vaxtı ilə 18:30) 4424-cü qrupda baş verib və 10 dəqiqə çəkib.

Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Bu hadisələr bəzən Günəş plazmasının uzağa atılması ilə müşayiət olunur və həmin buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...