Təhsil 365 - Logo Mobile

Lənkəran-Astara bölgəsinin 80 şagirdi "PIRLS 2006"da iştirak edib

6827.04.2026 - 16:05
Lənkəran-Astara bölgəsinin 80 şagirdi "PIRLS 2006"da iştirak edib

IV sinif şagirdlərinin oxu savadlılığını qiymətləndirən PIRLS 2026 beynəlxalq tədqiqatının əsas mərhələsi başlayıb.

“Tehsil365“ xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə keçirilən tədqiqatda 80 şagird iştirak edib. Prosesə həmçinin müəllimlər, məktəb rəhbərləri və valideynlər də cəlb olunublar.

Xatırladaq ki, PIRLS (Progress in International Reading Literacy Study) — IV sinif şagirdlərinin oxu savadlılığını qiymətləndirən beynəlxalq tədqiqatdır və hər 5 ildən bir keçirilir.

Azərbaycan bu il ilk dəfə ePIRLS (onlayn oxu mühiti) komponentində iştirak edir.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...