Təhsil 365 - Logo Mobile

Salyan məktəblisi dünya çempionu oldu

9928.04.2026 - 15:10
Salyan məktəblisi dünya çempionu oldu

Salyan məktəbliləri Türkiyənin İstanbul şəhərində şotokan karate üzrə keçirilən 16-cı dünya çempionatında uğurlu çıxış ediblər. 

“Tehsil365“in
verdiyi məlumata görə, çempionatda beynəlxalq dərəcəli hakim, V dan qara kəmər sahibi, təcrübəli məşqçi-müəllim Seymur Məmmədovun rəhbərliyi ilə çıxış edən Salyan karateçilərindən Elmir Xəlilov 16–17 yaş kateqoriyasında 68 kq çəki dərəcəsində I yerə layiq görülüb. Nahid Amanov isə gənclər arasında II yerin sahibi olub.

Hər iki idmançı Salyan rayonu, Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...