Təhsil 365 - Logo Mobile

BMU-da biznes və sahibkarlıq sahəsində karyera mövzusunda panel-müzakirə

6502.05.2026 - 09:40
BMU-da biznes və sahibkarlıq sahəsində karyera mövzusunda panel-müzakirə

Bakı Mühəndislik Universitetində (BMU) biznes və sahibkarlıq sahəsində karyera mövzusuna həsr olunmuş panel-müzakirə keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir BMU-nun Müəssisələrlə əlaqələr və karyera mərkəzi, Tələbə Gənclər Təşkilatı, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

“Müasir dövrdə biznes və sahibkarlıq sahəsində uğurlu fəaliyyət göstərmək istəyən gənclər üçün lazım olan bilik və bacarıqlar” mövzusunda panel müzakirəni giriş nitqi ilə Müəssisələrlə əlaqələr və karyera mərkəzinin baş mütəxəssisi Rasim Həsən və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova açaraq tələbələrin peşəkar inkişafı üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Panel müzakirədə müxtəlif sahələrdə uğur qazanmış sahibkarlar və mütəxəssislər çıxış ediblər. “Revisa” MMC-nin təsisçisi və direktoru Vüsal Mahmudov “Biznesin böyüdülməsi və davamlılığı üçün əsas rəhbərlik bacarıqları”, “Oxloff” çörək şirniyyat evinin təsisçisi Sonaxanım Abbasova “Biznesə sıfırdan başlamaq: çətinliklər və düzgün qərarlar” mövzusunda şəxsi təcrübələrini bölüşüb, ilkin mərhələdə qarşılaşılan risklər və onların idarə olunması barədə məlumat veriblər. “R.E.D Advisory” şirkətinin təsisçisi Saday Əlverdiyev isə “Karyeranın ilk 5 ili: düzgün istiqamət və bacarıqların inkişafı” mövzusunda çıxış edərək gənclərə karyera planlaması ilə bağlı bir sıra tövsiyələrini çatdırıb.

Çıxışlar zamanı müasir əmək bazarının tələbləri, sahibkarlıq mühitində uğur qazanmaq üçün zəruri bacarıqlar, innovativ düşüncə və davamlı inkişafın önəmi kimi məsələlərə toxunulub.

Panel müzakirə sual-cavab sessiyası ilə davam edib, biznes və sahibkarlıq sahəsində karyera qurmaq istəyən gənclərə praktiki tövsiyələr verilib.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...