Təhsil 365 - Logo Mobile

Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası keçirilib

8202.05.2026 - 17:50
Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə məlumatlandırılması məqsədilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Tehsil365” xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə universitetin və onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-texnoloji Kollecin müəllim və tələbə heyəti iştirak edib.

Sessiyada Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış ediblər.

Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti, forum çərçivəsində müzakirə olunacaq əsas mövzular, eləcə də dayanıqlı şəhər inkişafı, inklüzivlik və müasir şəhərsalma yanaşmaları barədə məlumat verilib.

Qeyd olunub ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası çərçivəsində gənclərin fəal iştirakı da xüsusi önəm daşıyır.

Festivalın ikinci hissəsi açıq havada davam edəcək. Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunacaq.

Fatimə Cəfərzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...