Təhsil 365 - Logo Mobile

“Xatirələrdə yaşayan xanım” adlı dəyirmi masa keçirilib

6203.05.2026 - 08:16
“Xatirələrdə yaşayan xanım” adlı dəyirmi masa keçirilib

Aprelin 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə kafedranın sabiq dosenti Zərifə Hüseynovanın anım gününə həsr olunmuş “Xatirələrdə yaşayan xanım” adlı dəyirmi masa keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə akademik Ziyad Səmədzadə, UNEC-in dosenti Mənsur Barxudarov, ADU-nun Tədris işləri üzrə prorektoru dos. S. Şahməmmədova, Elmi işlər üzrə prorektor prof. H. Əliyeva, İngilis və fransız dili fakültəsinin dekanı dos. V. Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı dos. N. Camalzadə, ADU-nun HİK sədri dos. M. Məmmədov, BMR fakültəsinin nəzdində fəaliyyət göstərən kafedra və dekanlıq əməkdaşları, eləcə də Fəlsəfə və ictimai elmlər kafedrasının əməkdaşları iştirak ediblər.

Çıxış edən akademik Ziyad Səmədzadə Zərifə Hüseynovanın tələbəlik illəri, əmək fəaliyyəti və elmi nailiyyətləri haqqında ətraflı məlumat verib, onun Azərbaycan xanımına xas olan mərdlik, təmkin və sadəlik kimi xüsusiyyətlərini xüsusi vurğulayıb. O, həmçinin Zərifə xanımın xatirəsinə ehtiram əlaməti olaraq universitetin kitabxanasına bir sıra kitablar, ensiklopediyalar və lüğətlər hədiyyə edib.

Daha sonra çıxış edən tədbir iştirakçıları dos. Z. Hüseynovanın illər əvvəlki fəaliyyəti, insanlara münasibəti və xeyirxah işləri barədə xatirələrini bölüşüblər. Onun keçmiş tələbələri, hazırda ADU-nun müxtəlif kafedralarında fəaliyyət göstərən müəllimlər də Zərifə Hüseynovanın pedaqoji fəaliyyətini minnətdarlıqla yad ediblər.

Tədbirdə dos. Z. Hüseynovanın oğlu Elşən Hüseynov, qızı Nərgiz Morrison-Hüseynova və digər qohumları da iştirak ediblər. Onlar ailə adından universitetin rektoru akademik Kamal Abdullaya, universitet kollektivinə və Fəlsəfə və ictimai elmlər kafedrasına dərin minnətdarlıqlarını bildiriblər.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...