Təhsil 365 - Logo Mobile

Arəstə Baxışova — Vətən uğrunda qəhrəmancasına şəhid olmuş qadın hərbçi

11904.05.2026 - 04:54
Arəstə Baxışova — Vətən uğrunda qəhrəmancasına şəhid olmuş qadın hərbçi

Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi kimi tarixə düşüb.

Tehsil365” xəbər verir ki, O, 4 may 1989-cu ildə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.

Arəstə Baxışova Vətənə xidmət yolunu seçərək Azərbaycan Ordusunda fəaliyyət göstərib. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib və 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Onun göstərdiyi igidlik və fədakarlıq Azərbaycan cəmiyyətində böyük ehtiramla qarşılanıb. Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman hərbçilərdən biri kimi yad edilir.

Şəhid Arəstə Baxışovanın xatirəsi xalq tərəfindən daim hörmət və ehtiramla anılır.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...