Təhsil 365 - Logo Mobile

Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu

11404.05.2026 - 06:00
Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu

1994-cü ildə Azərbaycan NATO nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşularaq beynəlxalq təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində mühüm addım atıb.

Tehsil365” xəbər verir ki, Bu proqram NATO ilə tərəfdaş ölkələr arasında siyasi dialoqun, təhlükəsizlik əməkdaşlığının və hərbi əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur. Azərbaycanın proqramda iştirakı ölkənin beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına və müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradıb.

“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan NATO ilə birgə müxtəlif layihələrdə, təlimlərdə və təhlükəsizlik təşəbbüslərində iştirak edib. Bu əməkdaşlıq ölkənin müdafiə sisteminin modernləşdirilməsi və beynəlxalq təhlükəsizlik sahəsində təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələri sonrakı illərdə də inkişaf edərək regional və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın vacib istiqamətlərindən birinə çevrilib.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...