Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman İlham Əliyev Vətən Uğrunda Canından Keçib

10905.05.2026 - 06:00
Milli Qəhrəman İlham Əliyev Vətən Uğrunda Canından Keçib

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən igidlərdən biri olub.

Tehsil365” xəbər verir ki, O, 5 may 1961-ci ildə Gədəbəydə anadan olub.

İlham Əliyev Birinci Qarabağ müharibəsi dövründə Vətən torpaqlarının müdafiəsində böyük şücaət göstərib. Döyüşlər zamanı göstərdiyi cəsarət və fədakarlıq onun adını Azərbaycanın qəhrəman oğulları sırasına yazıb.

O, 19 avqust 1990-cı ildə Qazax istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Dövlət tərəfindən göstərdiyi qəhrəmanlığa görə İlham Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəmanın xatirəsi bu gün də hörmətlə anılır və onun vətənpərvərliyi gənc nəsil üçün nümunə hesab olunur.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...