Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman Pərviz Səmədovun Şücaəti Tarixdə Yaşayır

11505.05.2026 - 07:00
Milli Qəhrəman Pərviz Səmədovun Şücaəti Tarixdə Yaşayır

Pərviz Səmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərən qəhrəmanlardan biri olub.

Tehsil365” xəbər verir ki, O, 5 may 1970-ci ildə Kirovabadda anadan olub.

Pərviz Səmədov Birinci Qarabağ müharibəsi zamanı Vətən torpaqlarının müdafiəsində fəal iştirak edib və döyüşlərdə böyük cəsarət nümayiş etdirib. Onun göstərdiyi fədakarlıq silahdaşları və onu tanıyanlar tərəfindən yüksək qiymətləndirilib.

O, 15 may 1992-ci ildə Ağdam rayonunun Abdalgülablı kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə Pərviz Səmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Onun xatirəsi Azərbaycan xalqı tərəfindən ehtiramla anılır və vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək göstərilir.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...