Təhsil 365 - Logo Mobile

Ultra-işlənmiş qidalar təkcə çəkiyə deyil, beyin fəaliyyətinə də zərər verir – yeni araşdırma

8105.05.2026 - 17:30
Ultra-işlənmiş qidalar təkcə çəkiyə deyil, beyin fəaliyyətinə də zərər verir – yeni araşdırma

Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, çips kimi ultra-işlənmiş qidalar yalnız artıq çəkiyə səbəb olmur, həm də birbaşa beyin fəaliyyətinə mənfi təsir göstərir.

Tehsil365” xəbər verir ki, bu barədə "Daily Mail" nəşri "Alzheimer's and Dementia" jurnalındakı nəşrə istinadən yazır.

Monaş Universitetinin alimləri 40-70 yaş arası 2200 yetkin insanın rasionunu təhlil ediblər. Məlum olub ki, gündəlik menyuda ultra-işlənmiş qidaların hər əlavə 10%-i (məsələn, standart bir paket çips) "diqqəti cəmləmə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına" gətirib çıxarır. Üstəlik, bu effekt rasionun ümumi keyfiyyətindən asılı olmayaraq özünü büruzə verir.

Tədqiqatın aparıcı müəllifi, biokimyaçı Barbara Kardozo izah edib ki, ultra-işlənmə prosesi qidanın təbii strukturunu pozur və ona potensial təhlükəli maddələr əlavə edir. Bunların arasında nişastalı məhsulların qızardılması zamanı yaranan akrilamid, həmçinin ftalatlar və bisfenollar var. Bu birləşmələr beyin toxumasında mikro-zədələnmə ocaqları yarada və demensiya riskini artıra bilər.

Fatimə Cəfərzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...