Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb

10908.05.2026 - 04:06
Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb

İlqar Mirzəyev Azərbaycan Ordusunun peşəkar və vətənpərvər zabitlərindən biri olub.

Tehsil365” xəbər verir ki, 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olan polkovnik uzun illər hərbi xidmətdə çalışaraq ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparıb.

İlqar Mirzəyev Aprel döyüşlərinin iştirakçısı olub və xidmət dövründə yüksək peşəkarlığı ilə seçilib. O, 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində fəaliyyət göstərib.

Polkovnik İlqar Mirzəyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı şəhid olub. Göstərdiyi igidliyə görə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Onun xidməti və qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...