Təhsil 365 - Logo Mobile

Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb

10011.05.2026 - 16:05
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb

Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarının 303 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

“Tehsil365“ Report-a istinadən xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % azdır.

Təkcə apreldə isə 75 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 3,3 dəfə azdır.

2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...