Təhsil 365 - Logo Mobile

Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 % artıb

10111.05.2026 - 16:45
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 27 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 19 yeni domen verilib.

“Tehsil365“in Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 150 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...