Təhsil 365 - Logo Mobile

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun siyasi fəaliyyəti və dövlətçilik xidmətləri

11512.05.2026 - 04:18
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun siyasi fəaliyyəti və dövlətçilik xidmətləri

Azərbaycanın müstəqillik dövrünün ilk siyasi liderlərindən olan Ayaz Mütəllibov ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb.

Tehsil365” xəbər verir ki, O, həm sovet dönəmində, həm də müstəqilliyin ilk illərində dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışıb.

Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. Uzun illər müxtəlif dövlət və sənaye sahələrində fəaliyyət göstərdikdən sonra siyasi rəhbərliyə yüksəlib.

1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14-cü və sonuncu birinci katibi seçilən Ayaz Mütəllibov, ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslər dövründə rəhbərlik edib. Azərbaycanın müstəqillik əldə etdiyi mərhələdə dövlət idarəçiliyində iştirak edən siyasətçi 1990–1992-ci illərdə Azərbaycan Respublikasının ilk prezidenti olub.

Onun prezidentliyi dövrü ölkənin müstəqilliyinin ilk illərinə, siyasi və iqtisadi çətinliklərin yaşandığı bir mərhələyə təsadüf edib. Həmin dövrdə Azərbaycanda dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb.

Ayaz Mütəllibov 27 mart 2022-ci ildə Bakıda vəfat edib. O, Azərbaycanın müasir siyasi tarixində mühüm fiqurlardan biri kimi xatırlanır.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...