Təhsil 365 - Logo Mobile

Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyev qəhrəmanlığı ilə yadda qalıb

11613.05.2026 - 05:06
Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyev qəhrəmanlığı ilə yadda qalıb

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub.

Tehsil365” xəbər verir ki, O, uzun illər hərbi xidmətdə çalışaraq Azərbaycan Ordusunda peşəkar hərbçi kimi tanınıb. Mehrab Niftəliyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, həmçinin 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Mehrab Söhrab oğlu Niftəliyev Şuşa uğrunda gedən döyüşlər zamanı 2020-ci il noyabrın 8-də şəhid olub. Göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Qəhrəman hərbçi Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən igidlərdən biri kimi yaşayır.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...