Təhsil 365 - Logo Mobile

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

8614.05.2026 - 09:54
BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil olunub.

“Tehsil365” xəbər verir ki, ekskursiya çərçivəsində könüllülər mərkəzin fəaliyyəti, burada yaradılmış şərait və heyvanların qorunması istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olublar. Mərkəzin müasir standartlara cavab verən sığınacaq sahələri, reabilitasiya imkanları və heyvanlara gündəlik qulluq prosesi barədə iştirakçılara ətraflı məlumat verilib.

Mərkəzin əməkdaşları könüllülərə sahibsiz heyvanların mühafizəsi, onların sağlamlıq vəziyyətinin izlənilməsi, düzgün qidalanması və ümumi qulluq qaydaları haqqında məlumat təqdim ediblər. Həmçinin heyvanlara qarşı məsuliyyətli yanaşmanın, humanist münasibətin və ictimai maarifləndirmənin vacibliyi vurğulanıb.

Ekskursiya zamanı könüllülər mərkəzdə saxlanılan heyvanlarla vaxt keçirib, onlara sevgi və qayğı göstərib, heyvanların müdafiəsi və rifahı istiqamətində görülən işlər barədə praktiki biliklər əldə ediblər.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...