Təhsil 365 - Logo Mobile

Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək

10714.05.2026 - 15:10
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Tehsil365“ xəbər verir ki, sənədə əsasən, tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının yenilənməsi və yenidən hazırlanması həyata keçiriləcək, səriştə əsaslı dual təhsil proqramlarına üstünlük veriləcək.

Tədbirlər Planına görə, rəqəmsal texnologiyalar, yaşıl enerji, süni intellekt, kibertəhlükəsizlik və digər müasir sahələr üzrə bacarıqlar peşə təhsili kurikulumlarına daxil ediləcək.

Bununla yanaşı, həmin peşə təhsili müəssisələrində tədris olunacaq peşə ixtisasları üzrə maarifləndirici və stimullaşdırıcı təşviqat tədbirlərinin təşkili də nəzərdə tutulur.

Müvafiq tədbirlərin icrası 2026–2029-cu illəri əhatə edəcək.

Mehriban İbadova

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05