Təhsil 365 - Logo Mobile

Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR

11101.06.2026 - 13:10
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cıcian əyalətində yerləşən Hucou Pedaqoji Universitetinə səfər edib.

“Tehsil365" xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə tərəflər arasında ali təhsil, elmi-tədqiqat, akademik mübadilə və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Müzakirələrin yekununda Bakı Slavyan Universiteti ilə Hucou Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edilib ki, imzalanan müqavilə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlıq əlaqələrinin inkişafına, birgə layihələrin həyata keçirilməsinə və akademik əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.



Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...