Təhsil 365 - Logo Mobile

Azərbaycan və Türkmənistan “Ana təbiət” beynəlxalq tədbirini birgə keçirəcək

14008.07.2026 - 09:13
Azərbaycan və Türkmənistan “Ana təbiət” beynəlxalq tədbirini birgə keçirəcək

Azərbaycan və Türkmənistan oktyabrın 19-dan noyabrın 30-dək Türkmənistanda baş tutacaq "Ana təbiət" adlı beynəlxalq tədbir keçirəcək.

“Tehsil365” Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanda müzakirə ediblər.

Tədbir Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu tərəfindən birgə təşkil olunacaq. Onun iki fond arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə kömək edəcəyi gözlənilir.

Görüş zamanı tərəflər siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edərək, ikitərəfli münasibətlərin inkişafını da müzakirə ediblər.

Amin Cavayev

Haber akışı

Şu anda haber akışın da haber yok...