Təhsil 365 - Logo Mobile

Yeni Klinikada pediatrik ürək əməliyyatlarının sayı artırılacaq

13108.07.2026 - 09:32
Yeni Klinikada pediatrik ürək əməliyyatlarının sayı artırılacaq

Yeni Klinikada pediatrik kardiocərrahiyyə üzrə əməliyyat sayı artırılacaq.

“Tehsil365” xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Zəhra Vəzirova tibb müəssisəsində Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda əsas istiqamətlərdən biri pediatrik kardiocərrahiyyənin inkişafıdır:

"Bu sahədə əməliyyatların sayı artırılıb. Hesab edirik ki, belə əməliyyatlar dövlət tibb müəssisələrində də əlçatan olmalıdır. Təkcə bu həftə üç əməliyyat həyata keçirilib və yaxın vaxtlarda onların sayı daha da artacaq. Çünki bu xidmətə ehtiyacı olan uşaqlar kifayət qədər çoxdur".

Amin Cavayev

Haber akışı

Şu anda haber akışın da haber yok...