Təhsil 365 - Logo Mobile

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminin başlanacağı tarix açıqlanıb

15308.07.2026 - 14:32
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminin başlanacağı tarix açıqlanıb

Məktəbəhazırlıq qruplarına qəbul prosesi ilə bağlı növbəti mərhələnin vaxtı müəyyənləşib. Valideynlər məktəb seçimini təyin olunan tarixlərdə həyata keçirə biləcəklər.

“Tehsil365” APA-ya istinadən xəbər verir ki, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.

Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi 12 sentyabr tarixində başa çatacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.

Zümrüd Əlicanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...