Təhsil 365 - Logo Mobile

İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı

13408.07.2026 - 17:15
İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı

8 iyul gecəsi ABŞ-nin ölkənin cənub bölgələrinə endirdiyi zərbə nəticəsində səkkiz İran hərbçisi həlak olub.

“Tehsil 365“xəbər verir ki bu haqda İran ordusu açıqlama yayıb.

“ABŞ ordusunun İranın cənub bölgələrinə qarşı cinayətkar təcavüzü nəticəsində bu səhər Bəndər Abbas və Buşəhrdə vətənlərini müdafiə edərkən düşmən mərmiləri nəticəsində İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və Donanmasının səkkiz cəsur hərbçisi həlak olub”, - məlumatda deyilir.

İran ordusu bu zərbələrə görə ABŞ-yə qarşı qisas alacağına söz verib.

Türkan Allahquliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...