Təhsil 365 - Logo Mobile

Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb

13509.07.2026 - 17:40
Qlobal istiləşmə - Avropa tarixinin ən qızmar iyunu qeydə alınıb

2026-cı ilin iyun ayı Qərbi Avropada meteoroloji müşahidələr tarixinin ən isti iyun ayı kimi qeydə alınıb.

“Tehsil 365”xəbər verir ki, Bu barədə Avropanın “Kopernik” Yerin müşahidəsi və xəritələşdirilməsi xidmətindən bildirilib.

Məlumata əsasən, regionda orta temperatur 20,74 dərəcə Selsi təşkil edib və ötən il qeydə alınmış rekord yenilənib.

Bu göstərici 1991-2020-ci illər üzrə iyun ayının orta temperaturundan 3 dərəcədən çox yüksəkdir.

“European Centre for Medium-Range Weather Forecasts” nümayəndəsi Samanta Bercess bildirib ki, iyun ayında qeydə alınan temperatur iqlimdə baş verən ciddi dəyişiklikləri əks etdirir.

Onun sözlərinə görə, getdikcə daha intensiv istilik dalğaları dünya okeanının səthinin isinməsi və bunun nəticəsində Avropa və onun hüdudlarından kənarda insanlar, ekosistemlər və infrastruktur üçün risklər artır.

Bundan əvvəl də bildirilmişdi ki, 2026-cı ilin iyun ayında dünya okeanının orta səth temperaturu 20,98 dərəcə selsi ilə rekord həddə çatıb.

Türkan Allahquliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...