Təhsil 365 - Logo Mobile

Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif olunur

15013.07.2026 - 13:32
Peşə ixtisaslarının təsnifatında 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif olunur

Peşə təhsili üzrə ixtisasların yeni təsnifat layihəsində 5 ixtisas qrupunun müəyyənləşdirilməsi təklif edilir. Layihəyə əsasən, ümumilikdə 243 peşə ixtisasının təsnifata daxil edilməsi nəzərdə tutulur.

“Tehsil365” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nın yenilənməsi məqsədilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, təklif olunan 243 ixtisasdan 172-si texniki peşə, 39-u yüksək texniki peşə, 32-si isə ilk peşə təhsili ixtisaslarıdır. Səbinə Babayeva əlavə edib ki, ən çox ixtisas – 171-i texniki və texnoloji sahələr üzrə nəzərdə tutulub. Bundan başqa, 24 ixtisas rifah, idman və xidmət, 22-si mədəniyyət, 18-i kənd təsərrüfatı, 8-i isə iqtisadiyyat və idarəetmə sahələrini əhatə edir.

Zümrüd Əlicanlı

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05