Təhsil 365 - Logo Mobile

59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu

14714.07.2026 - 14:19
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu

59 yaşlı Elşad Əhmədov Bərdə Dövlət Peşə Təhsil Mərkəzini bitirərək "oxumağın yaşı yoxdur" fikrini bir daha təsdiqləyib.

Tehsil365” xəbər verir ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Elşad Əhmədov peşə təhsili almaq qərarında ona ən böyük dəstəyi həmin mərkəzdə müəllim işləyən oğlu Musa Əhmədovun göstərdiyini bildirib.

Onun sözlərinə görə, ailəsinin, xüsusilə oğlunun təşviqi və "oxumaq heç vaxt gec deyil" şüarı ilə yenidən tələbə olmağa qərar verib. Elşad Əhmədov qeyd edib ki, hər gün evdən ata-oğul kimi çıxıb, təhsil müəssisəsinə müəllim və tələbə kimi daxil olurdular.

O bildirib ki, mərkəzdə müəllimlərin qayğısını daim hiss edib, onların etimadını davamiyyəti və dərslərə hazırlığı ilə doğrultmağa çalışıb. Onun sözlərinə görə, bu yaşda təhsil almaq fərqli hiss olsa da, qazandığı bilik və bacarıqlar gələcək fəaliyyətində mühüm rol oynayacaq.

Elektrik qazqaynağı peşəsini seçməsinin səbəbini isə bu sahədə əvvəlcədən müəyyən təcrübəyə malik olması və nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək istəyi ilə izah edib.

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində artıq beş ildir müəllim kimi çalışan Musa Əhmədov isə atasına dərs deməsə də, onun davamiyyəti və dərslərə hazırlığı ilə daim maraqlandığını bildirib.

Zümrüd Əlicanlı

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05