Təhsil 365 - Logo Mobile

2026/2027-ci tədris ili üzrə texniki peşə təhsili ixtisasları - FOTOLAR

18216.07.2026 - 12:09
2026/2027-ci tədris ili üzrə texniki peşə təhsili ixtisasları - FOTOLAR

Əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının formalaşdırılması məqsədilə texniki peşə təhsili istiqamətində yeni qəbul imkanları təqdim olunur. Bu sahə gənclərə həm nəzəri bilik, həm də praktiki təcrübə qazanmaq imkanı yaradır.

“Tehsil365” xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə texniki peşə təhsili səviyyəsində qəbul aparılan ixtisaslarla bağlı məlumat verilib.

Bildirilib ki, texniki peşə təhsili alan şəxslər dövlət nümunəli diplom, müasir tədris və istehsalat emalatxanalarından istifadə, praktiki yönümlü təhsil və istehsalat təcrübəsi imkanları əldə edirlər.

Qeyd olunub ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun ixtisas seçmək, peşəkar bacarıqları inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək üçün mühüm fürsətlər yaradır.

Ətraflı məlumat üçün əlaqə:

Telefon: +994 (50) 474 48 38

E-poçt: berdepl@vet.edu.az

Zümrüd Əlicanlı

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05