Təhsil 365 - Logo Mobile

Lisey və gimnaziyalara qəbul üzrə seçim nəticələri elan olunub

15620.07.2026 - 07:44
Lisey və gimnaziyalara qəbul üzrə seçim nəticələri elan olunub

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə “Tehsil365”ə Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” altbölməsi vasitəsilə tanış ola bilərlər.

Qeyd olunub ki, lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulu avqust ayının ilk yarısında həyata keçiriləcək.

Yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Həmçinin lisey və gimnaziyalar üzrə keçid balları ilə buradan tanış olmaq mümkündür.

Fidan Məmmədli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05