Təhsil 365 - Logo Mobile

Peşə təhsilinə maraq artır: Qəbul sayı 90 faiz yüksəlib

15323.07.2026 - 07:31
Peşə təhsilinə maraq artır: Qəbul sayı 90 faiz yüksəlib

Peşə təhsilinə maraq artmaqda davam edir. 2020-ci ildən etibarən peşə təhsili müəssisələrinə qəbul olanların sayı 90 faiz artıb.

“Tehsil365” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən mediaya brifinqində deyib.

Direktor bildirib ki, peşə təhsilinin əlçatanlığının artırılması, əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması və dövlət dəstəyinin gücləndirilməsi bu sahəyə marağın artmasına təsir göstərib. “Məqsədimiz hər bir gəncin peşəyə yiyələnməsi və əmək bazarında uğurla yer tutmasıdır”, - deyə direktor əlavə edib.

Fidan Məmmədli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05