Təhsil 365 - Logo Mobile

Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır

13123.07.2026 - 08:08
Agentliyin direktoru: Bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığına başlanılır

Əmək bazarının ehtiyaclarına uyğun olaraq bu ildən peşə təhsilində 5 yeni ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

“Tehsil365” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı təşkil olunan brifinqdə deyib.

Direktor bildirib ki, yeni yaradılan ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustasıdır.

Onun sözlərinə görə, geodeziya və kartoqrafiya ixtisası üzrə 1 müəssisədə 20 plan yeri, satınalmaların təşkili ixtisası üzrə 3 müəssisədə 80 plan yeri, qida emalı texnologiyaları ixtisası üzrə 3 müəssisədə 100 plan yeri, istixana operatoru ixtisası üzrə 2 müəssisədə 40 plan yeri, çörək ustası ixtisası üzrə isə 1 müəssisədə 20 plan yeri ayrılıb.

Afin Mahmudov

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05