Təhsil 365 - Logo Mobile

Magistr təhsili üçün azərbaycanlıların ən çox üz tutduğu ölkələr

13527.07.2026 - 10:47
Magistr təhsili üçün azərbaycanlıların ən çox üz tutduğu ölkələr

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri açıqlanıb.

“Tehsil365” xəbər verir ki, magistratura səviyyəsi üzrə qəbul olunanların ölkələr üzrə bölgüsü göstərir ki, ən çox namizəd Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ali təhsil müəssisələrinə qəbul olunub. Belə ki, bu ölkədə 210 nəfər təhsil alacaq. Siyahıda ikinci yerdə Amerika Birləşmiş Ştatları 82 nəfər qərarlaşıb.

Sonrakı yerlərdə isə Avstraliya İttifaqı 23 nəfər, Sinqapur Respublikası 10 nəfərİrlandiya Respublikası 9 nəfərİtaliya Respublikası 9 nəfər, İsveçrə Konfederasiyası 3 nəfərTürkiyə Respublikası 3 nəfərAlmaniya Federativ Respublikası 2 nəfərNiderland Krallığı 1 nəfər və İspaniya Krallığı 1 nəfər yer alır.

Amin Cavayev

Haber akışı

Şu anda haber akışın da haber yok...