Təhsil 365 - Logo Mobile

Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir

14829.07.2026 - 05:36
Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üçün 26 ixtisas üzrə bakalavriat səviyyəsinə qəbul elan edir. 

“Tehsil365” xəbər verir ki, tələbə qəbulu 3 bölmə - Azərbaycan, rus və ingilis bölmələri üzrə aparılır. Bakalavriat səviyyəsinə Azərbaycan bölməsi üzrə 2075, rus bölməsi üzrə 280, ingilis bölməsi üzrə 215 yer olmaqla ümumilikdə 2570 plan yeri ayrılıb. 

Posterlərdə qəbul planı və ixtisaslar üzrə ötən il formalaşmış minimal keçid balları ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, 2026/2027-ci tədris ilində ADPU-da Riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə ilk dəfə qəbul aparılacaq. Eyni zamanda, Sosial iş ixtisasının rus bölməsi və Təhsildə sosial-psixoloji xidmət ixtisasının ingilis bölməsi üzrə də ilk dəfə qəbul həyata keçiriləcək. Buna görə də, həmin ixtisaslar üzrə keçid balı hələ ki formalaşmayıb.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...