Təhsil 365 - Logo Mobile

“Gənc istedadlar” liseyinin iki məzunu Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat təhsili alacaq

15629.07.2026 - 14:46
“Gənc istedadlar” liseyinin iki məzunu Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat təhsili alacaq

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin iki məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavriat təhsili alacaq.

Tehsil365" AZƏRTAC-a istinadən xəbər verir ki, liseyin məzunlarından Cabir Abbasov London İmperial Kollecində (Böyük Britaniya) kimya mühəndisliyi, Suad Məmmədzadə isə Kolumbiya Universitetində (ABŞ) maliyyə iqtisadiyyatı ixtisası üzrə bakalavriat təhsili alacaq.

Zümrüd Əlicanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...