Təhsil 365 - Logo Mobile

“CAIER GRI Summer School 2026” beynəlxalq yay məktəbinə qeydiyyat açıqdır

14430.07.2026 - 04:03
“CAIER GRI Summer School 2026” beynəlxalq yay məktəbinə qeydiyyat açıqdır

Mərkəzi Asiya Ekoloji Tədqiqatlar İnstitutu (Central Asian Institute for Ecological Research – CAIER) tərəfindən 20–26 avqust 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “CAIER GRI Summer School 2026” adlı beynəlxalq yay məktəbi keçiriləcəkdir.

“Tehsil365” xəbər verir ki, Əyani formatda təşkil olunacaq yay məktəbi Qlobal Hesabatlılıq Təşəbbüsünün (Global Reporting Initiative – GRI) standartlarına uyğun dayanıqlılıq hesabatlarının hazırlanması, korporativ hesabatlılıq, eləcə də ekoloji, sosial və korporativ idarəetmə (Environmental, Social and Governance – ESG) istiqamətlərini əhatə edir.

Proqram çərçivəsində iştirakçılar:

  • GRI standartları üzrə sertifikatlaşdırılmış kursda;

  • ESG və dayanıqlı maliyyə üzrə praktiki təlimlərdə;

  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə seminarlarda;

  • yaşıl istiqrazlar və beynəlxalq hesabatlılıq standartları üzrə təlimlərdə iştirak edəcəklər.

Yay məktəbində maraqlı tərəflərlə əməkdaşlıq, əhəmiyyətli mövzuların müəyyənləşdirilməsi və yüksəkkeyfiyyətli dayanıqlılıq hesabatlarının hazırlanması məsələlərinə xüsusi diqqət yetiriləcəkdir.

Proqramda UNEC-in professor-müəllim heyəti, tədqiqatçıları, doktorantları, magistrantları, yuxarı kurs bakalavr tələbələri və müvafiq sahəyə maraq göstərən digər şəxslər iştirak edə bilərlər.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq səviyyədə tanınan GRI sertifikatı təqdim ediləcəkdir.

Tarix: 20–26 avqust 2026-cı il
Məkan: Almatı şəhəri, Qazaxıstan Respublikası
Format: əyani
Əlaqə: esg@asianecology.kz
Telefon: +7 777 043 93 92

Ətraflı məlumat və qeydiyyat üçün təşkilatçı qurumun təqdim etdiyi qeydiyyat keçidindən istifadə etmək mümkündür.

Qeydiyyat

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...