Təhsil 365 - Logo Mobile

“Elmdə Süni İntellekt: İmkanlar, Risklər və Etik Məsuliyyət” mövzusunda ödənişsiz vebinar keçiriləcək

14430.07.2026 - 05:44
“Elmdə Süni İntellekt: İmkanlar, Risklər və Etik Məsuliyyət” mövzusunda ödənişsiz vebinar keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim Dr. Nərgiz Hacıyeva tərəfindən "Elmdə Süni İntellekt: İmkanlar, Risklər və Etik Məsuliyyət" mövzusunda ödənişsiz onlayn vebinar keçiriləcək.

“Tehsil365” xəbər verir ki, Vebinarda süni intellektin elmi tədqiqat prosesinin bütün mərhələlərində praktik tətbiqi, beynəlxalq etik prinsiplər və standartlar, akademik mühitdə AI-dan məsuliyyətli istifadə yanaşmaları, eləcə də tədqiqatçılar üçün nəzərdə tutulmuş aparıcı süni intellekt alətlərinin praktiki imkanları təqdim olunacaq.

Tədbir çərçivəsində aşağıdakı mövzular müzakirə ediləcək:

  • Elmi tədqiqatlarda süni intellektin tətbiqi və yeni imkanlar;

  • Tədqiqat ideyasından elmi nəşrə qədər AI alətlərinin effektiv istifadəsi;

  • Scopus AI və digər intellektual elmi axtarış platformaları;

  • Ədəbiyyat icmalı, akademik yazı, məlumatların təhlili, istinadların idarə olunması və vizuallaşdırma üçün AI əsaslı alətlər;

  • Akademik tədqiqatlarda effektiv Prompt Engineering metodları;

  • Süni intellektin etik və hüquqi aspektləri;

  • Akademik dürüstlük və beynəlxalq etik standartlar;

  • Tədqiqatçılar üçün ən faydalı AI alətlərinin praktiki nümayişi.

Vebinar ali təhsil müəssisələrinin professor-müəllim heyəti, alimlər, tədqiqatçılar, doktorantlar, magistrantlar və elmi fəaliyyətində süni intellektdən etik və məsuliyyətli şəkildə istifadə etməklə tədqiqatlarının keyfiyyətini artırmaq istəyən bütün maraqlı şəxslər üçün nəzərdə tutulub.

Tarix: 12 avqust 2026

Saat: 12:00–13:00

Format: Onlayn

Dil: Azərbaycan dili

İştirak: Ödənişsiz

Son qeydiyyat tarixi: 11 avqust 2026

Qeydiyyat üçün:
https://asanhub.ai/view/event/64ebf7e1-a2c0-4972-4ff1-08dec6ea6c32

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...