Təhsil 365 - Logo Mobile

Magistraturada boş qalan yerlərə ixtisas seçimi keçiriləcək

15930.07.2026 - 07:20
Magistraturada boş qalan yerlərə ixtisas seçimi keçiriləcək

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub.

“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub:

"Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub. Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək".

Afin Mahmudov

Haber akışı

Şu anda haber akışın da haber yok...