Təhsil 365 - Logo Mobile

Qarabağ Universiteti abituriyentlər və valideynlər üçün ixtisaslar üzrə vebinarlar təşkil edəcək

14230.07.2026 - 08:20
Qarabağ Universiteti abituriyentlər və valideynlər üçün ixtisaslar üzrə vebinarlar təşkil edəcək

Abituriyentlərin ixtisas seçimi prosesində düzgün qərar vermələrinə dəstək məqsədilə Qarabağ Universiteti fakültələr üzrə silsilə maarifləndirici vebinarlar təşkil edəcək.

“Tehsil365” xəbər verir ki, “Microsoft Teams” platformasında keçiriləcək vebinarlar zamanı akademik heyətin nümayəndələri ixtisaslar, tədris proqramları, təhsil imkanları və məzunların karyera perspektivləri barədə ətraflı məlumat verəcəklər. Eyni zamanda, iştirakçıların sualları cavablandırılacaq.

Vebinarların qrafikinə əsasən, iyulun 31-də Tibb və sağlamlıq elmləri fakültəsi, avqustun 1-də Mühəndislik, təbiət elmləri, riyaziyyat və kompüter elmləri fakültəsi, avqustun 3-də Biznes və iqtisadiyyat fakültəsi, avqustun 4-də Humanitar və sosial elmlər fakültəsi, avqustun 5-də Pedaqoji fakültə, avqustun 6-da isə İncəsənət fakültəsi üzrə görüşlər keçiriləcək. Bütün vebinarlar saat 10:00-da başlayacaq.

İştirak etmək istəyən abituriyentlər və valideynlər Qarabağ Universitetinin rəsmi sosial media hesablarında yerləşdirilən QR kod və ya qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə vebinarlara qoşulmaq üçün “Microsoft Teams” keçidi elektron poçt ünvanlarına göndəriləcək.

Qarabağ Universiteti abituriyentləri və valideynləri vebinarlara qoşularaq ixtisaslar, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumat almağa dəvət edir.

Afin Mahmudov

Haber akışı

Şu anda haber akışın da haber yok...