Təhsil 365 - Logo Mobile

BDU əməkdaşları ali təhsil sərgisində abituriyentlər üçün infosessiya keçirib - FOTOLAR

14230.07.2026 - 13:46
BDU əməkdaşları ali təhsil sərgisində abituriyentlər üçün infosessiya keçirib - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün infosessiya təşkil ediblər.

“Tehsil365" xəbər verir ki, infosessiya zamanı BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin şöbə müdiri Günel Qurbanova və Tədrisin təşkili və idarə olunması Mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas iştirakçılara ixtisas seçimi, universitetin təhsil və təcrübə imkanları, elmi və beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbə həyatı və karyera planlaması barədə məlumat veriblər.

Tədbirdə, həmçinin BDU-nun elmi-metodiki bazası və abituriyentlər üçün təqdim olunan digər imkanlarla bağlı təqdimat keçirilib.

Sonda abituriyent və valideynlərin sualları cavablandırılıb.

Zümrüd Əlicanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...