Təhsil 365 - Logo Mobile

ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

13431.07.2026 - 04:45
ADU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova 23 iyul tarixində Kosovanın Prizren şəhərində Beynəlxalq İctimai Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan UTAMER Sosial Elmlər Konfransında onlayn iştirak edib.

“Tehsil365” xəbər verir ki, Aynurə Hüseynova konfransda “Üzeyir Hacıbəylinin 1918–1920-ci illər publisistikasında milli maarifçilik və mədəniyyət məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Konfransın sonunda müəllimə iştirakına görə sertifikatla təltif olunub.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...