Təhsil 365 - Logo Mobile

DİM-in sərgisində ATU guşəsi ali təhsil seçimi qarşısında olan gənclərin diqqət mərkəzindədir

15131.07.2026 - 05:15
DİM-in sərgisində ATU guşəsi ali təhsil seçimi qarşısında olan gənclərin diqqət mərkəzindədir

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisinin ikinci günündə də Azərbaycan Tibb Universitetinin (ATU) guşəsinə maraq və ziyarətçi fəallığı yüksək səviyyədə davam edib.

“Tehsil365” xəbər verir ki, ziyarətçilərə ATU-nun fəaliyyəti, fakültələri, tələbələr üçün yaradılan imkanlar, eləcə də gələcək həkimlərin hazırlanması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.


Sərgi çərçivəsində ATU nümayəndələrinin abituriyent və valideynlərlə görüşü də baş tutub. Görüşdə ali təhsil müəssisəsinin əməkdaşları universitetin təhsil mühiti, ixtisaslar, qəbul prosesi və digər istiqamətlər üzrə zəruri informasiyaları əks etdirən təqdimatlarla çıxış ediblər. 


Abituriyentlər və valideynlər onları maraqlandıran bütün suallara universitet nümayəndələri tərəfindən cavab alıblar. 


Qeyd edək ki, işini 31 iyul tarixində yekunlaşdıracaq sərgi müddətində ATU guşəsi ali təhsil seçimi qarşısında olan gənclərin və onların valideynlərinin diqqət mərkəzində olmaqda davam edir.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...