Təhsil 365 - Logo Mobile

UNEC-də magistraturaya ayrılan plan yerlərinin 98,7 faizi dolub

14631.07.2026 - 09:50
UNEC-də magistraturaya ayrılan plan yerlərinin 98,7 faizi dolub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov magistraturaya qəbulun nəticələri ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib.

“Tehsil365” xəbər verir ki, magistraturaya qəbulun nəticələri UNEC üçün uğurlu olub.

Onun sözlərinə görə, universitet üzrə plan yerlərinin 98,7 faizi dolub:

"Bu göstərici magistratura səviyyəsində (MS) 99,2 faiz, MBA proqramları üzrə isə 98,2 faiz təşkil edib.

Ötən illə müqayisədə UNEC-ə magistraturaya qəbul olunanların sayı 6 faiz artıb. Ölkə üzrə magistraturaya qəbul olunan tələbələrin 19,01 faizi UNEC-in payına düşür".

Amin Cavayev

Haber akışı

Şu anda haber akışın da haber yok...