Təhsil 365 - Logo Mobile

SDU-da süni intellektin tədris prosesinə tətbiqinə dair beynəlxalq onlayn görüş keçirilib

13401.08.2026 - 04:46
SDU-da süni intellektin tədris prosesinə tətbiqinə dair beynəlxalq onlayn görüş keçirilib

Sumqayıt Dövlət Universiteti ilə Böyük Britaniyanın "Imperial English United Kingdom" şirkəti arasında ali təhsildə süni intellektin tətbiqi və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş onlayn görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, görüşdə şirkətin Tədris Departamentinin direktoru Rafael Salguero ali təhsildə süni intellekt texnologiyalarının yaratdığı imkanlar və bu sahədə əməkdaşlıq perspektivləri barədə çıxış edib. Şirkətin direktoru Govind Desai universitet əməkdaşları və tələbələri üçün nəzərdə tutulan "AI-Powered Research & Academic Writing Training Programme", həmçinin "Digital English Placement Test" və "University English (IELTS) Test" layihələrini təqdim edib. Akademik komandanın üzvü Rebecca Philpott isə CEFR, IELTS və ESOL standartlarına uyğun rəqəmsal qiymətləndirmə və interaktiv dil tədrisi platformalarının üstünlükləri haqqında məlumat verib.


Görüş çərçivəsində ali təhsildə süni intellekt texnologiyalarının tətbiqi, akademik yazı bacarıqlarının inkişafı, müəllimlərin peşəkar inkişafı, rəqəmsal təhsil həllərinin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.


Sonda Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli görüşün nəticələrini yüksək qiymətləndirərək, "Imperial English United Kingdom" şirkəti ilə əməkdaşlığın universitetdə tədris və elmi-tədqiqat fəaliyyətində innovativ yanaşmaların tətbiqinə, beynəlxalq tərəfdaşlığın genişlənməsinə və rəqəmsal transformasiya istiqamətində qarşıya qoyulan hədəflərin reallaşdırılmasına mühüm töhfə verə biləcəyinə əminliyini ifadə edib. 

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...