Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dillər Universiteti (ADU) sərgidə öz stendi ilə təmsil olunur. Universitetin stendində abituriyentlərə, valideynlərə və digər ziyarətçilərə ADU-da tədris olunan ixtisaslar, fakültələr, beynəlxalq əməkdaşlıq imkanları, xarici dil təhsili, mübadilə proqramları və tələbə həyatı barədə ətraflı məlumat verilir.
Sərgi iştirakçıları, eyni zamanda, universitetin nəşrləri ilə tanış olur, müxtəlif suvenirlər əldə edir, həmçinin onları maraqlandıran suallara ADU əməkdaşları tərəfindən ətraflı cavab alırlar.
Qeyd edək ki, sərgi abituriyentlərin ali təhsil müəssisələri ilə yaxından tanış olmaları, ixtisas seçimi zamanı daha dolğun məlumat əldə etmələri baxımından mühüm əhəmiyyət daşıyır.

