Təhsil 365 - Logo Mobile

ADNSU-nun təmsil olunduğu “Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb

15301.08.2026 - 05:44
ADNSU-nun təmsil olunduğu “Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb

Dövlət İmtahan Mərkəzində (DİM) keçirilən “Ali təhsil müəssisələrinin sərgisi” iyulun 31-də başa çatıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) üç gün davam edən sərgidə xüsusi stendlə təmsil olunub.

“Tehsil365” xəbər verir ki, sərgi müddətində abituriyentlərə və onların valideynlərinə ADNSU-da tədris olunan ixtisaslar, qəbul prosesi, təhsilimkanları, tələbə həyatı, beynəlxalq proqramlar, təhsil haqları, təqaüd imkanları və universitetin infrastrukturu barədə ətraflıməlumat verilib.

ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri RənaCəbrayılova, şöbənin əməkdaşı Səid İsgəndərov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Alidə Məmmədova, həmçinin ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) əməkdaşları Firuzə Hüseynova və Zərifə Camallı sərgiyə gələn abituriyentlərin və valideynlərin suallarını cavablandırıb, onları universitetin təhsil proqramları və təqdim etdiyi imkanlarla tanış ediblər.

Sərgi çərçivəsində ziyarətçilər ADNSU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisas seçimi, qəbul şərtləri, tədris proqramları və beynəlxalq təhsil imkanları barədə məlumat əldəediblər. Universitetin stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, iyulun 29-dan 31-dək davam edən sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu və digər təhsil platformaları təmsil olunub. Sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə yaxından tanış etmək və onların ixtisas seçiminə dəstək göstərmək olub.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...