Təhsil 365 - Logo Mobile

ADNSU əməkdaşı elmmetriya üzrə beynəlxalq sertifikat əldə edib

14501.08.2026 - 05:52
ADNSU əməkdaşı elmmetriya üzrə beynəlxalq sertifikat əldə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm departamentinin Elmi analitika və qiymətləndirmə şöbəsinin aparıcı mütəxəssisi Azər Əhmədov Serbiya Respublikasının Belqrad şəhərində keçirilən “Elmmetriya üzrə Sertifikasiya Proqramı”nda iştirak edib.

“Tehsil365” xəbər verir ki, 20–24 iyul 2026-cı il tarixlərini əhatə edən proqram Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Clarivate” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Beş günlük proqramda Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında elmmetriya istiqaməti üzrə fəaliyyət göstərən 18 əməkdaş iştirak edib.

Təlimlər çərçivəsində iştirakçılara beynəlxalq elmi kommunikasiya, elmmetrik təhlil, elmi fəaliyyətin monitorinqi və akademik göstəricilərin qiymətləndirilməsi üzrə nəzəri vəpraktiki biliklər təqdim olunub.

Proqram zamanı “Web of Science”, “InCites”, “Journal Citation Reports”, “EndNote”, “ProQuest Central”, “Research Horizon Navigator” və “Research Assistant” kimi platforma və alətlərin elmi fəaliyyətin qiymətləndirilməsi və elmmetrik təhlillərin aparılması prosesində tətbiqi izah edilib.

Proqramı uğurla başa vuran Azər Əhmədova “Clarivate” şirkəti tərəfindən beynəlxalq sertifikat təqdim olunub.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...