Təhsil 365 - Logo Mobile

İranə Axundova: "Turizm təhsilində lider olan ATMU tələbələrə nə vəd edir?"

77101.08.2026 - 04:03
İranə Axundova: "Turizm təhsilində lider olan ATMU tələbələrə nə vəd edir?"

“İranə Axundova, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıram. Ümumi olaraq qeyd edə bilərəm ki, Azərbaycan Turizm və Menecment Universitetini ən çox da digər ali təhsil müəssisələrindən və turizm təhsili təqdim edən digər ali təhsil müəssisələrindən fərqləndirən öncəlikli xüsusiyyət ondan ibarətdir ki, bu istiqamət üzrə ayrılıqlı olmaq şərtilə ikili diplom layihəmiz mövcuddur”.

Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova “Tehsil365”ə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, bunlardan biri Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə, digəri isə Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə həyata keçirilir:

“Bu istiqamətdə bir çox naliyyətlərimiz var ki, bunlardan biri Birləşmiş Millətlər Təşkilatının Turizm, Dünya Turizm Təşkilatından sertifikatlarımız mövcud olmasıdır. Eyni şəkildə İSO sertifikatlarımız mövcud olub, həmçinin beş illik akkreditasiyamız mövcuddur ki, biz onu Təhsilin Keyfiyyəti Təminatı Agentliyindən əldə etmişik və digər ən böyük şans ondan ibarətdir ki, turizm sahəsində təhsil alan tələbələrin beş aylıq 22 həftəyə qədər çəkən, böyük bir qismi xarici ölkələrdə olan istehsalat təcrübəsinin təşkil olunmasıdır. Əlbəttə ki, burada bizim bir payımızın olması bizim üçün qürurverici bir məqamdır. Bizdə abituriyentləri də bizdə təhsil almağa dəvət edirik.”

Sərgidən gözləntilərindən danışan İranə Axundova bildirib ki, artıq üçüncü ildir ki, onlar bu sərgidə iştirak edirlər:

“Ümumi olaraq bir çox suallar ən çox valideynlər və abituriyentlər tərəfindən səsləndirilir. Bu bəzən universitetimizin yeni olması ilə əlaqədar ola bilir. Qeyd edim ki, bu il bizim universitetimizin 20 illik yubileyidir. Universitetimizin yeni olması, onun özəl və yaxud da ki dövlət universiteti olması ilə bağlı, hansı ixtisasların tədris olunması ilə bağlı bəzi suallar ünvanlanır. Ən böyük nailiyyətimiz demək olar ki, ondan ibarətdir ki, artıq üçüncü ildir ki, iştirakçılığımız bizə daha çox tanınırlıq, digər tərəfdən daha çox kommunikasiya, ixtisaslar arasında eyni ixtisasa sahib olan universitetlər arasında belə deyək ki, müqayisəli təhlili etməyə imkan verir. Bu bizim növbəti illər üçün olan planlaşdırmamızda da yer alır.”

Sonda o, öz şəxsi fikirlərini də əlavə edib: “Özüm də bir turizm bakalavr və magistratura turizm məzunu olaraq qeyd etmək istəyirəm ki, mən uduzmamışam”

Ayşən Cəlilova

Haber akışı

Şu anda haber akışın da haber yok...