Təhsil 365 - Logo Mobile

Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq

16604.08.2026 - 09:57
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq

Media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

“Tehsil365” Apa-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Afin Mahmudov

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05