Təhsil 365 - Logo Mobile

UNEC məzunu xarici təqaüddən qəbul alıb

14605.08.2026 - 05:37
UNEC məzunu xarici təqaüddən qəbul alıb

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter Elmləri ixtisası üzrə məzunu Günel Əzizova Almaniyanın DAAD “Master for All Disciplines” təqaüd proqramına, Litva Dövlət Təqaüdü proqramına (312 namizəd arasından seçilən 10 azərbaycanlıdan biri) və Stipendium Hungaricum (Macarıstan) tam təqaüd proqramına qəbul olunub.

“Tehsil365” xəbər verir ki, bununla yanaşı, Günel Əzizova Böyük Britaniyanın nüfuzlu universitetlərinin magistr proqramlarından qəbul məktubları əldə edib. Onların sırasında The University of Edinburgh (QS 27), University of Bristol (QS 54), University of Glasgow (QS 78), University of Birmingham (QS 80), University of Leeds (QS 82), University of Nottingham (QS 108) və University of Sheffield (QS 109) yer alır.

Tələbəmizi təbrik edir, təhsil həyatında uğurlar arzu edirik!

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...