Təhsil 365 - Logo Mobile

ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir

13506.08.2026 - 04:09
ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Sosial iş" ixtisası üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

“Tehsil365” xəbər verir ki, sənəd qəbulu 31 avqust 2026-cı il saat 23:59-dək https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.

Namizədlər https://portal.edu.az/ portalında “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” seçməklə müvafiq sənədləri sistemə daxil edərək qeydiyyatdan keçməlidirlər.
Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Elektron qeydiyyat zamanı sənədləri tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququnu qazanmaq üçün müsahibəyə dəvət olunurlar. 

Qeydiyyat prosesi ilə bağlı ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...