Təhsil 365 - Logo Mobile

Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır

16506.08.2026 - 06:13
Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır

Bu gündən məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələri üzrə müsahibə mərhələsinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, müsabiqə çərçivəsində ərizə qəbulu iyunun 29-dan iyulun 8-dək aparılıb. Müsahibələr mərkəzləşdirilmiş qaydada Agentliyin inzibati binasında keçiriləcək.

Qeyd olunub ki, namizədlər uyğun namizəd müəyyən edilənədək ardıcıllıq prinsipi əsasında müsahibəyə dəvət ediləcəklər.

Müsahibə zamanı iştirakçılar liderlik və strateji idarəetmə, pedaqoji və tədris fəaliyyəti, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji bacarıqlar, eləcə də sosial və emosional səriştələr olmaqla 7 meyar üzrə qiymətləndiriləcəklər.

Müsahibəyə dəvətlə bağlı bildirişlər namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Agentlik namizədlərə şəxsi səhifələrini mütəmadi yoxlamağı tövsiyə edir.

Fidan Məmmədli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05